BaşlıcaSiyasətTəhlil

ER Xarici işlər nazirinin BƏƏ-yə səfərinin əhəmiyyəti nədir?

Ərəbşünas Armen Petrosyan “Region” (“Taratsaşrcan”) proqramı çərçivəsində ER Xİ nazirinin Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfərin əhəmiyyətinə və mümkün nəticələrinə toxundu.

Ekspert qeyd edib ki, bu səfər və fevra ayında Xİ nazirinin müavini Apitonyanın İraqa etdiyi səfər ER xarici siyasətinin Yaxın Şərq və ərəb istiqamətinin aktivləşməsindən xəbər verir. Bunun başlangıcı hələ keçən il sentyabr ayında idi, məhz o vaxt bildirilib ki, bu istiqamətdə bir sıra ərəb ölkələriylə yeni layihələr, yeni əməkdaşlıq görəcəyik. Bunlar Misir, iraq, BƏƏ-dir. Petrosyanın sözlərinə görə, Artsaxdakı son müharibə olmasaydı, bu səfər daha əvvəl olacaqdı.

Ərəbşünas vurğulayıb ki, BƏƏ həm ərəb dünyasında, həm Fars körfəzinin ərəb ölkələri arasında çox əhəmiyyətli bir ölkəıdir və bu ölkə ilə artıq uzun zamandır ikitərəfli yüksık səviyyəli münasibətlər sadəcə ikitərəfli deyil, Fars körfəzi istiqamətində ER imkanlarının genişləndirilməsi üçün də çox vacibdir.

“Bu müharibə göstərib ki, bu istiqamət çox vacibdir, çünki görürük ki, bizim regionumuz – Cənubi Qafqaz və Yaxın Şərq, birbiriylə bağlıdırlar. Həm təhlükəsizlik, həm siyasi, həm iqtisadi təhdidlər ümumidir, bir çox imkanlar ümumidir. ER üçün isə müxtəlif istiqamətlərdə həm ikitərəfli. həm çoxtərəfli əməkdaşlıq baxımından ərəb ölkələri ilə əlaqələri aktivləşdirmək üçün geniş gündəm var”,-deyə Petrosyan qeyd etdi.

Ekspert xüsusi olaraq iqtisadi gündəmin aktivləşməsinə əhəmiyyət verib, hansı ki bu səfər sayəsində öz müsbət nəticələrini verəcəkdir.

Bundan əlavə, ərəbşünas qeyd edib ki, İraq, BƏƏ, Suriya, Misir və Liviya da Türkiyənin siyasi ambisiyalarıından irəli gələn təhdidlərlə üzləşirlər.

Petrosyanın fikrincə, BƏƏ Ermənistan-Səudiyyə Ərəbistanı münasibətlərində vasitəçi rolu da oynaya bilər. Ekspert istisna etmir ki, Artsaxdakı son müharibədən sonra ER və Səudiyyə Ərəbistanı diplomatik münasibətlər qura bilərlər.

Daha çox göstər
Back to top button