Erməniləri öldürməyə çağıran azərbaycanlı müğənni “Eurovision”da erməni motivlərlə mahnı təqdim edəcək

“Eurovision-2021” müsabiqəsində Azərbaycanı təmsil edən iştirakçı Əfəndi erməni motivləri olan “Mata Hari” mahnısını ifa edəcək. Mahnıda müasir alətlərlə yanaşı, erməni milli alət zurna da eşidilir.
“İnfoteka24” saytına əsasən, Azərbaycan tərəfi bunların öz milli motivləri olduğunu qeyd edəcək, ancaq Azərbaycan millətinin mədəniyyəti, əslində onun tərkibində olan yerli xalqların mədəniyyətlərinin eklektizmidir. Eyni zamanda, bu xalqların müasir nəsli rejimin təbliğatına o qədər məruz qalır ki, bir çoxlar köklərini belə bilmir.
Qeyd edək ki, erməni melodiyalarının Azərbaycan musiqisi kimi təqdim olunması ilk dəfə deyil. Parlaq nümunə erməni bəstəkarı Ara Gevorgyanın “Artsax” əsəri ətrafındakı qalmaqaldır. İllərdir davam edən məhkəmə çəkişmələrindən sonra Gevorgyan müəllifliyini sübut etdi və Azərbaycan bəstəkardan üzr istədi.