Ermənistan və Artsaxdakı bütün səyahətlərini lentə alan erməni video bloger Guin Dalera, müharibədən sonra ilk dəfə Artsaxa yollanıb.
Daleranın müharibədən sonra Artsaxa ilk gəlişinə dair video “Azad Artsaxa xoş gəlmisiniz” yazısı ilə başlayır.
“İndi mən hər zaman ürəyimdə yaşayan bir ölkəyə ilk addımlarımı atıram. Həyat dolu, amma hər şeyin dəyişdiyi bir ölkə. Ancaq mənim xalqım düşündüyünüzdən daha güclüdür”-deyərək Guin Dalera ilk kadrlarında qeyd edir.
Sonra Artsaxa aparan yolun görüntülərini görürük. Müharibə izləri hər yerdə var. Guin və dostları “smerçlər” və tankların yanında şəkil çəkdirirlər.
Qrup Stepanakertin ən məşhur mərkəzlərindən birində “For rest”- də qalır, burada rahat kotteclər, çadır qurmaq imkanı, böyük bir qalanan ocaq və … çoxlu çox at var.
Artsax prezidenti Arayik Harutyunyan Yerevandan gələn gəncləri qarşılayır.O,Artsaxa gəldiyimiz üçün təşəkkür bildirir..
“İndi burada olduğunuz üçün təşəkkür edirəm, hərəkətlərinizlə Artsaxın var olduğunu, yaşamağa davam etdiyini göstərirsiniz. Ümid edirəm turizm mövsümünü açacaqsınız”-deyərək Prezident qeyri-rəsmi birmühitdə qeyd edib.
Sonra Dalera dostları ilə Stepanakertin görkəmli yerlərində necə istrahət etdiyini təsvir edir.Hər şey əvvəlki kimi olduğu bazara, sanki müharibə olmadığı kimi gedirlər. Qadınlar jengal ilə çörək yapır, müştərilərsə qiymətini soruşurlar.
Videonun son kadrları ən təsirli idi. Stepanakertdəki yeganə “Bardak” pubında yerevanlı və və stepanakertli gənclər birlikdə rəqs edirlər.
“Jan xorotik” mahnısı səslənir, gənc oğlanlar və və qızlar öz rəqsləriylə erməni mədəniyyətinin bütün gözəlliklərini və həyata bağlı olan qırılmaz iradəsini nümayiş edirlər.
İstər-istəməz Erməni Soyqırımı zamanı türklərin əlləriylə öldürülmüş Qaspar Çerazın övladı Vahan Çerazın sətirlərini xatırlayırsan:
“Necəki sular Araratı boğmadılarsa, qan da erməni xalqını gərək boğmasın”.