Başlıca

Ara Ayvazyan – Le Monde: “Türkiyənin bölgədəki mənfi rolu üzərinə diqqət yetirməliyik”

Fransanın nüfuzlu “Le Monde” jurnalında martın 19-da    Ermənistana  ezamiyyətə gələn müxbir Faustin Vencanın növbəti məqaləsini dərc edilib.

Verilən məlumata görə,jurnalist ER Xarici işlər naziri Ara Ayvazyan, Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kiragosyan və Ermənistan sakinləri ilə müsahibələr aparıb.

 Jurnalist noyabrın 9-da olan  bəyanata və həmin  razılaşma çərçivəsində rus  hərbiçisinin Dağlıq Qarabağda sülhü qorumaq  məqsədiylə 5 il müddətinə yerləşdirilməsinə toxunub.

Rus hərbçilərinin də Ermənistanın Cənub-Şərqində, Sünikdə yerləşdirildiyi qeyd olunur.

“Ermənistanda, Sünikdə olanlar bu kontingentə daxil deyil. Onlar Ermənistanla həmsərhəd kəndlərin sakinləri ilə Azərbaycan əsgərləri arasında gərginliyin yaranmaması üçün vasitəçi rolunu oynayırlar”- deyərək  ER Xİ  naziri qeyd edib.

Faustin Vencan, Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyanın fevralın 22-də  ifadə etdiyi o fikrə toxunub ki, Yerevan  1995-ci ildən bəri ölkənin  ölkənin Gümrüdəki Rusiya hərbi bazasının genişləndirilməsinə meylli olduğunu və  Rusiyanın  həm də Ermənistan ordusunun islahatına kömək edəcəyini söyləyib.

Məqalə müəllifi, 2018-ci ildə demokratik, populyar və dinc bir inqilabdan sonra Nikol Paşinyan hakimiyyətə necə gəldiyini və korrupsiyalaşmış postsovet idarəsini devirdyini qələmə alıb..

ER Xarici işlər naziri, Türkiyənin bölgədəki mənfi roluna diqqət mərkəzində olmaq lazım olduğunu qeyd edərək, açıq-aşkar olmasına baxmayaraq bütün dünyanın bu şəraitə göz yumduğunu təəssüflə bildirdi.

Rusiyanın roluna gəlincə, Ara Ayvazyan vurğuladı ki, Rusiya bizim ənənəvi müttəfiqimizdir, məhz onun sayəsində fəlakətdən çəkindik. Və bu gün yeni gərginliklərdən çəkinmək naminə bizə imkan verən məhz Rusiyadır.

Daha çox göstər
Back to top button