Başlıcaİctimaiyyət

Ermənistanda daha 1 164 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada daha 1 164 nəfər COVID-19-a yoluxub, 313 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 186 184-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 398-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 865 nəfərdir. İndiyədək 169 485 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 12 436 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button