
Ermənistan parlamenti ölkədə tətbiq olunan hərbi vəziyyət rejmini ləğv edib. Məsələ martın 24-də qanunverici orqanın keçirilən iclasında müzakirəyə çıxarılıb.
Hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni 118 deputat dəstəkləyib.
Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də tətbiq olunmuşdu. Bunun ləğvi ilə bağlı qanun layihəsini Ermənistan parlamentindəki müxalif “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları hazırlamışdı. Baş nazir Nikol Paşinyanın “Mənim addımım” parlament fraksiyasının deputatları da layihənin lehinə səs verib.