Başlıcaİctimaiyyət
Mehman Hüseynov silsilə korrupsiya araşdırmalarına davam edə bilmir

Azərbaycanlı bloger Mehman Hüseynov bildirib ki, bir neçə ay öncə başladığı silsilə korrupsiya araşdırmalarına davam edə bilmir. Məlumatı azadliq.org yayıb.
O qeyd edib ki, bu araşdırmalar üçün çəkiliş apardığı dronunu polis müsadirə edib.
Mehman Hüseynovun sözlərinə görə, bu, hakimiyyəti narahat edib və sırf fəaliyyətlərinin qarşısını almaq üçün həmin dronu əllərindən alıblar.
Media hüququ eksperti, hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, ölkəyə bir dronun gətirilməsi üçün 5 dövlət qurumundan icazə tələbi əsassızdır, çünki hazırda Azərbaycanda dronlardan istifadə ilə bağlı qanunvericilikdə bir məhdudiyyət yoxdur.