
Erməni ordusu çətin vəziyyətdən ən sürətli çıxa biləcək quruluşdur. Bu haqda keçmiş Müdafiə naziri Seyran Ohanyan jurnalistlərlə brifinqi ərzində qeyd edib.
“Bunun üçün Konstitusiyamıza əsasən, Təhlükəsizlik Şurasının bütün potensialı daxil olmaqla, təhlükəsizlik vəziyyətini, mövcud təhdidləri qiymətləndirməli və ordunun gələcək inkişafını qurmalı olan idarələrarası bir komissiya yaratmaq lazımdır”-deyərək Ohanyan bəyan edib.
Onun sözlərinə görə, ordu, silahlar, hərbi inşaat üçün müvafiq plan və prosedurlar mövcud olubdur.
“Böyük dəyişikliklər olmamalıdır, dəyişikliklər yalnız bir növ konstruktiv silahlanmanın hissəsində ola bilər.
Yəni bildiyim qədər tam və sürətli tempdə işləmək üçün bir əsas var. Bugünkü rəhbərlik bunu etməlidir” – deyərək o əlavə edib.