BaşlıcaSiyasət

Ara Ayvazyan: “Artsaxın minillikmədəniyyət irsini və mənsubiyyətini silmək yaxud təhrif ermək cəhdi edilir”

Ermənistanda Mədəniyyət diplomatiyası üzrə komissiya yaradılmasını olduqca  mühüm hesab edir.

Bu haqda ER Xarici işlər naziri Ara Ayvazyan parlamentdə Tatevik  Hayrapetyanın “Mədəniyyət diplomatiyası komissiyası hansı məqsədlə yaradılır” sualına  cavab verərək  qeyd edib.

“Hazırda beynəlxalq əməkdaşlığımızı inkişaf etdirmək, beynəlxalq cəmiyyətə cəlb etmək hər zamankından daha vacibdir. Bu  baxımla mədəniyyət yumşaq güc amili kimi çox vacib rol oynayır.

Bu platformanı yaratmaqla biz  mədəniyyəti diplomatik arsenalımızda güclü bir vasitə halına gətirmək naminə iddia təqdim edirik” – deyərək Ayvazyan qeyd edib.

Erməni mədəni irsinin Azərbaycan tərəfindən məhv edilməsinə toxunan Ayvazyan, mədəniyyətin beynəlxalq aləmdə təbliğinin komissiyanın əsas vəzifəsi olduğunu qeyd etdi.

“Artsaxın tarixi və mədəni irsi dünya mədəniyyətinin ayrılmaz hissəsidir. Və məhvinin, alçaldılmasının və ya saxtalaşdırılmasının qəti şəkildə qarşısı alınmalıdır.

Həm bu platforma, həm də gündəlik təmaslarımız bu məsələni beynəlxalq səylərlə həll etməyə yönəldilmişdir.

“Bu gün Artsaxın min illik mədəni irsini və aidiyyətini silməyə və ya saxtalaşdırmağa çalışaraq mədəni irsin məhvinə başlanılır”-  deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button