BaşlıcaBeynəlxalq

AŞ Cənubi Qafqazla münasibətlər üzrə nümayəndə rəhbəri və məruzəçilər Azərbaycanı erməni hərbi əsirləri dərhal azad etməyə çağırıb

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Ermənistan məsələləriylə  əsas məruzəçi Andrey Kovaç və Azərbaycan məsələləri üzrə əsas məruzəçi Jelyana Zovko birgdə çağırışla saxlanılan bütün ermənilərin dərhal sərbəst buraxılmasını tələb etmişlər.

“Xüsusilə “Human Rights Watch”-un son hesabatında sənədləşdirilən Azərbaycanda erməni əsirlərinə qarşı qəddar rəftar faktları bizi ciddi şəkildə narahat edir.

Azərbaycan hakimiyyətini bu cür ittihamların hamısını araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq.

Beynəlxalq humanitar hüququn tam qorunması təmin edilməli və işgəncə və digər qeyri-insani və ya ləyaqəti alçaldan qəddar  rəftar və cəza qadağan edilməlidir.

 Təəssüf edirik ki, Azərbaycan hökuməti əsirlərin saxlanma şəraiti, sağlamlıq vəziyyəti, habelə onların geri qaytarılması üçün görülən tədbirlər barədə məlumat verməyi məcbur edən AİHM-in müvəqqəti tədbirini yerinə yetirməyir.

Biz bir daha Azərbaycanı  2020-ci il noyabrın 9-da atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq həbsdə saxlanılan bütün  erməni hərbi əsirləri və bütün digər saxlanılanları dərhal sərbəst buraxmağa çağırırıq”-  deyərək bəyanatda  qeyd olunub.

Daha çox göstər
Back to top button