BBC “Dağlıq Qarabağ. Yox olmuş kilsənin sirri” adlı reportajı təqdim edib. BBC müxbiri Cona Fişer, Hadrut bölgəsinin Mexakavan icmasında Müqəddəs Zoravor Astvatsatsin kilsəsinin yoxa çıxmasını araşdırıb. Videoda azərbaycanlılar iddia edirlər ki, guya ermənilər getmədən əvvəl kilsəni məhv ediblər.
Cona Fişer, kilsənin köhnə fotoşəkilinin yerini öz şəkli ilə müqayisə edir, eyni yerdə olduqlarından əmin olur, tək fərq kilsənin artıq olmamasıdır!
Jurnlist artıq Bakıda, Hikmət Hacıyev ilə görüşündə ona kilsənin 2017-ci ildə çəkilmiş köhnə və indiki boş təpənin şəklini göstərərək kilsənin tamamilə dağıldığını qeyd edib. Cavabında Hacıyev yalnız məlumatın yoxlanılması lazım olduğunu söyləyib.