
Davit Babayanın nəzərincə nəinki yalnız hibtit müharibəsi təzahürləri həm də, klassik toqquşmalar hiss olunandır.
Çünki terrorçularla Yaxın Şərqdə və Aralıq dənizinin Şərq bölgələrində Türkiyə aktiv dezkonstruktiv rol ifa edir.
“Türkiyənin rolu Balkanlarda da görünür və son dövrdə isə Zaqavqaziya xüsusi teatr səhnəsinə çevrildi. Burada siyasəti iki hissəyə bölməliyik.
Bunlardan biri, Türkiyənin zəngin bir diplomatik mübarizə təcrübəsinə sahib olduğu, rəsmi olaraq qarşıdurmaları pərdələməyə çalışdığı rəsmi diplomatik münasibətlərdir.
Digər səhnələrdəsə , Türkiyənin maraqları həm Rusiya, həm də İranın mənafeləriylə toqquşur. Bəzənsə ABŞ və Çin də daxil olmaqla müxtəlif Avropa ölkələrinin maraqlarına ziddir” – deyərək AR Xİ naziri qeyd edib.
Babayanın qənaətincə, Türkiyə öz təcavüzkar siyasətiylə bütövlükdə sivil insanlığın mənafeləriylə toqquşur.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının mövcudluğu bölgəmizdə sülhün və sabitliyin ən vacib təminatlarından biridir.
Halbuki Türkiyə öz siyasəti ilə bu sabitliyi və sülhü pozmağa çalışır. Hər kəs Türkiyənin 44 günlük müharibədə hansı rol oynadığını tam olaraq gördü.
Artsax Xarici işlər nazirinin sözlərinə görə, Artsaxın mövcudluğu Türkiyənin cinayət siyasətini davam etdirməsinə, genişmiqyaslı pantürkizm proqramlarını təcəssüm etdirməsinə imkan vermir.
Onun sözlərinə görə, Rusiya pantürkizm proqramların qarşısını almaq məcburiyyətindədir, çünki, bunun Rusiya üçün gözlənilməz nəticələri ola bilər, çünki, pantürkist proqramların həyata keçirilməsi amilində əsas hədəf məhz Rusiya olacaqdır.