
Martın 24-də ER-nın ABŞ-dakı səfiri Varujan Nersesyan, ABŞ Nümayəndələr Palatası üzvlərinin heyət nümayəndələri ilə video formatında görüşüb.
Görüşdə səfir Nersesyan Türkiyə və Azərbaycanın Artsaxa qarşı təcavüzünün nəticələrini, 44 günlük müharibədən sonra yaranan humanitar problemləri təqdim edib. Bu kontekstdə səfir Azərbaycan tərəfindən əsir və girov götürülmüş ermənilərin geri qaytarılmasını mühüm sayıb.
Varujan Nersesyan, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna əsaslanaraq ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi yolla həll edilməsinin vacibliyini vurğulayıb.