Başlıcaİctimaiyyət

Ermənistanda daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb

Ermənistanda son sutkada daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb. 242 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 187 441-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 416-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169 727 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 13 427 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button