Siyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti: “Həqiqətləri ayıq şəkildə qiymətləndirməyin vaxtıdır”

“Tarix əsasən fərqli formatlarda, fərqli kontekstlərdə təkrarlanır, lakin ölkələrin və güclərin əsas maraqları və mənafeləri dəyişmir.

Bəzi hallarda böyük ölkələr arasındakı kiçik “romantikalar” kiçik ölkələr üçün təhlükəli olur. Tarix göstərir ki, belə hallarda həmişə zərər çəkmişikbununla belə  bundan heç bir dərs dərməmişik.

Fakt odur ki, Rusiya bizim müttəfiqimizdir və Türkiyə əvvəllərdə olduğu kimi indi də eynidir və eləcə də qalacaq.

Bu haqda “Hayastani Hanrapetutiun” qəzetinə verdiyi müsahibədə X.Abovyan adına Pedaqoji Universitetinin Tarix və ictimai elmlər fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Edgar Hovannisyan qeyd edib.

Tarix elmləri doktoru Amatuni Virabyanın  sözlərinə görə, Rusiya yaxşı bilir ki, haçansa  onların maraqları yalnız bölgəmizdə deyil, həm də Şimali Qafqazda, Orta Asiyada, əksər müsəlman əhalinin yaşadığı Volqa bölgəsində Türkiyə ilə toqquşacaqdır.

Bu gün Türkiyə müsəlman və türk dünyasında lider bir dövlət rolunu öz üzərinə götürməyə və oyun qaydalarını diktə etməyə çalışır.

Bu istiqamətdəsə kifayət qədər aktivliklə fəaliyyət  göstərir

Daha çox göstər
Back to top button