I.A.O. Dağlıq Qarabağda erməni xristian abidələrini qorumağa çağırıb

The Interparliamentary Assembly on Orthodoxy-nin (I.A.O.) baş katibi Maksimos Xarakopulos Assamleanın videoknfransı zamanı Dağlıq Qarabağda xristian abidələrinin qorunması barədə bəyanatla çıxış edib.
Xarakopulos bildirib ki, tarixi və dini abidələrə qarşı hörmət, dini icmalar arasında qarşılıqlı anlaşma və hörmət yaratmaqla xalqların birgə dinc yaşamasını təşviq edir. Ancaq təəssüf ki, bu gün də bu prinsiplər pozulur.
Katib qeyd edib ki, bu hadiələrdən biri də bu yaxınlarda, türk siyasi rəhbərliyinin qərarı ilə Aya Sofyanın məscidə çevrilməsi idi.
Maksimos Xarakopulos Dağlıq Qarabağda qanlı müharibədən sonra yaranmış vəziyyətə toxunaraq bildirib ki, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata əsasən,erməni xalqına və xristian kilsəsinə aid mədəni sərvətlərlə dolu ərazilər Azərbaycanın nəzarətinə keçdi:
“Bu abidələrin beynəlxalq ictimaiyyət və səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qorunmasına ehtiyac olduğunu düşünürük. Biz, BMT və YUNESKO-nu hazırda Azərbaycanın nəzarəti altında olan erməni xalqının mədəni irsinin və abidələrinin qorunmasına töhfə verməyə və bunların məhvinin qarşısını almağa çağırırıq. Laqeydlik bütün bəşəriyyətə məxsus abidələrə geri dönməz zərər verə bilər”,-deyə I.A.O. katibi vurğuladı.