BaşlıcaSiyasət

İran KİV-i texnikanın toplanması barədə məlumat yayıb: “Türkiyə Syuniki zəbt etməyə çalışır”

İranın “Azariha Telegram” kanalı xəbər verir ki, Türkiyə təlimlər keçirmək üçün Ermənistanla sərhədə hərbi texnika köçürür.

Kanal bir neçə  foto şəkillər dərc edib.Şəkillərdə tanklar,özüyeriyən topçu silah sistemləri və və zirehli maşınları əks olunur.

Təlimlərdə iştirak edən zirehli texnikaların əvvəllər Suriyada döyüş əməliyyatları zamanı istifadə edildiyi qeyd edilir.

 Dərcin müəllifləri analitiklərə istinad edərək qeyd edirlər ki, Ankara-Bakı Ermənistanla İranla həmsərhəd olan Sünik bölgəsinə hücum etmək və bununla da Ermənistan-İran sərhədini kəsmək niyyətini güdür.

“İran bölgədəki beynəlxalq və geosiyasi sərhədlərin dəyişdirilməsinin onun üçün qırmızı xətt olduğunu dəfələrləbəyan edib.

“Geniş miqyaslı müharibənin qarşısını almaq naminə dərhal İran hərbi qüvvələrini Ermənistan və Naxicevan sərhədi boyunca yerləşdirmək lazımdır”- deyərək  açıqlamada  qeyd olunur.

Fevral ayının əvvəlində İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Qarabağdakı döyüş əməliyyatlarının davam etməsinin İranın Şimal sərhədlərində təhlükəsizlik problemlərinə səbəb olacağını  demişdir.

Daha çox göstər
Back to top button