Senator Menendes, ABŞ Beynəlxalq İnkişaf agentliyinin Artsax xalqına dəstək proqramları ilə maraqlanıb

ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri senator Bob Menendes, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauerə ABŞ-ın keçən ilki türk-azərbaycan hücumları səbəbindən öz yurd-yuvalarından didərgin düşmüş Artsax xalqını dəstəkləmək səyləri barədə sorğu istiqamətləndirib.
Xanım Pauerin təstiqlənməsi dinləmələri ərzində senator Menendes soruşub: “Mən diqqətinizi Dağlıq Qarabağ ermənilərinin ötən payızda Azərbaycanın hücumları fonunda qarşılaşdıqları çətinliklərə yönəltmək istərdim.
Qısa müddətdə USAID, xüsusilə köçkün ermənilər üçün qida, su, sığınacaq, COVID ehtiyaclarını ödəməyə kömək edə bilər, amma ABŞ-ın bu günə qədər yetərli iş görməməsindən narahatam və cavabınızı gözləyirəm”.
Senatın Xarici əlaqələr komitəsinin üzvləri xanım Pauerə martın 25-nə kimi USAID-in önəmlikləri haqda suallar verə bilərlər. Cavabından sonra komitə Senatda plenar müzakirələrə yol açaraq onun lehinə səs verəcəkdir.