BaşlıcaSiyasət

Vətənə xəyanət və casusluq üçün ömürlük həbs

Ermənistan Parlamenti 112 lehinə səslə Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul etdi. Layihədə xəyanət və casusluq cəzasının sərtləşdirilməsi təklif olunur.

Qeyd edək ki, Cinayət Məcəlləsində vətənə xəyanətə görə 299-cu maddənin 1-ci hissəsi ilə 10-15 il həbs nəzərdə tutulur.

Layihənin müəllifləri cəzanı 15-20 il və əmlakı müsadirə olunmaqla, ya da ömürlük həbslə dəyişdirməyi təklif edir. Casusluq üçün cəza 12-20 il və ya ömürlük həbs olacaqdır.

Daha çox göstər
Back to top button