
ER XİN Mətbuat katibi Anna Nağdalyan “Zoravor Surb Astvatsatsin” kilsəsinin yerlə-yeksan edilməsinə dair şərh edib.
“Bu gün BBC informasiya xidməti tərəfindən bölgənin Azərbaycanın nəzarətinə keçməsindən sonra Mexakavan (Cebrail) kəndi yaxınlığındakı “Zoravor Surb Astvatsatsin” kilsəsinin darmadağın olması videosunu yayımladı.
Eyni kilsə Azərbaycanın Artsaxa qarşı son təcavüzü zamanı artıq təhqir olunmuşdur.
Azərbaycan tərəfindən dini nifrətçilik zəminində törədilən cinayətin növbəti hadisəsisərtliklə məhkum olunur.
Eyni zamanda, Azərbaycanın rəhbərl dairələri tərəfindən bu barbaralığı əsaslandırmaq cəhdləri narahat edicidir.
Bu növbəti vandalizm təzahürünün qərəzli əsası olub və Naxicevandakı erməni tarixi və mədəni irsinin sistematik şəkildə məhv edilməsinə bənzədiyini göstərir.
Son müharibədən sonra dini binanın dağıdılması ilə bağlı bu hadisə ayrı bir epizod deyil. 200 ildən çox tarixi olan Artsax Respublikasının Şuşi şəhərindəki “Kanaç jam” kilsəsinin dağıdılması sübut edir ki, Azərbaycan tərəfindən həyata keçirilən mədəniyyət vandalizmi yalnız bir meyara əsaslanır – bu meyarsa nifrətdir, xristian erməni xalqına olan kin-kidurətdir.
Özünü dünyaya “tolerantlıq və multikulturalizmin mərkəzi” kimi göstərmək cəhdlərinə baxmayaraq, Azərbaycan bu günə qədər xristian irsinin məhv edilməsində önəmli, aparıcı mövqeyini möhkəmləndirməkdə davam edir.
Erməni tarixi, mədəni və dini irsinin məhv edilməsi bir daha Azərbaycan hakimiyyətinin xristian mədəni dəyərlərinin qorunması barədə verdiyi təminatların boşluğunu göstərir.
“Beynəlxalq cəmiyyət Azərbaycanın ötən il sentyabrın 27-dən bəri və bu günə qədər davam olunan cinayətkarlıqların, o cümlədən mədəniyyət soyqırımını dayandırmaq və ittiham etmək istiqamətində gün öncə vasitələr əldə etməlidir”- deyərək Nağdalyanın yazısında qeyd olunub.