ArtsaxBaşlıcaBeynəlxalqTəhlil

Regiondakı sürətli inkişaflar

“Hayastani Hanrapetutun” gündəliyi yazır: “Son günlərdə həmişə olduğu kimi Suriyada vəziyyət yenidən alovlanıb. Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri, Türkiyənin nəzarətindəki silhalıların neft ixrac bazasına raket zərbələri endirib. Türkiyə, Əsədin qarşısını almaq üçün Rusiyaya dəfələrlə açıq müraciət etdi. Sonra Türkiyə hava qüvvələri Suriyanın Ayn İsa bölgəsindəki Sayda kəndi yaxınlığındakı  Suriya Demokratik Qüvvələrinin bir hissəsi olan kürdlərin mövqelərinə hücum etdilər. Suriyada Rusiya-Türkiyə formatında bu cür gərginlik və alovlanma qeydə alınırsa, eyni ssenarinin riskləri Artsax məsələsində də yüksək qiymətləndirilməlidir. Beləliklə, Suriyadakı Rusiya-Türkiyə balansının formatı dəyişdirə bilərsə, Ermənistan təhlükəsizlik sistemini sürətlə modernləşdirməyə, ən son silahlarla təchiz etməyə və Rusiya ilə birlikdə silahlı qüvvələrini gücləndirməyə “məhkumdur”. Azərbaycan ordusu həqiqətən Türkiyə ordusu ilə birləşəndə ​​bunun qarşısını almaq üçün alternativ yoxdur”.

Daha çox göstər
Back to top button