
Gürcüstanda, Azərbaycana keçirilən ölkənin ən böyük internet provayderi olan “Caucasus Online” necə qaytarmaqla bağlı qızğın mübahisələr gedir.
Mütəxəssislərin fikrincə şirkətin 100% payı Azərbaycan holdinqinə satılması faktı ölkənin strateji maraqlarına xələl toxundurur.
Gürcüstanın “Caucasus Online” 100%-ə sahib Əliyevin yaxını olan iş adamı Nəsib Həsənov olub.
Odur ki, Gürcüstan Milli Rabitə Komissiyası sonuncunu qanunsuz sahib hesab edir.
“Gürcüstan hakimiyyəti gərək təcili sürətdə “Caucasus Online” lisenziyasını dərhal ləğv etsin”-deyərək bu haqda “Radiolur”a Gürcüstanın Kiçik və Orta Telekommunikasiya Operatorları Birliyinin rəhbəri Uça Seturi bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstana qarşı açıq demarşdır. Azərbaycan Gürcüstanı bölgədəki rəqəmsal mərkəz statusundan məhrum etməyə cəhd edir․
“Problemdən real çıxış yolu lisenziyanın ləğvidir. Belə olan halda Azərbaycan şirkətinin Gürcüstanda fəaliyyət göstərmək hüququ olmayacaqdır. Bu, qanunda nəzərdə tutulmuş həll yollarından biridir”.
Başqa bir şey, onun qənaətincə, İnformasiya təhlükəsizliyi qanunundakı qanunvericilik dəyişiklikləridir, çünki Gürcüstan okupasiya təhlükəsi qarşısında dayanıb.
Bu, həqiqətən strateji əhəmiyyətli bir infrastrukturdur”.
“Bizim asotsasiyamız qanunda dəyişikliklər həyata keçirməyi töklif edir.Artıq maraqlı tərəflərlə qanun layihəsi üzərində işlərə başlamışıq”.
Avropadan Cənubi Qafqaza internet tranziti 2008-ci ildən bəri Gürcüstanın “Caucasus Online” şirkəti tərəfindən həyata keçirilir.
Bu günlərdə şirrkət səssiz bütünlüklə Azərbaycana “Neksol Holdinqi”nə keçirildi ki, o da Əliyevin yaxını olan Nəsib Həsənova məxsusdur.
Regionun internet bazarında qabaqcıl mövqeləri olan “Caucasus Online” Gücüstan internetinin 65%-ni, Azərbaycan internetinin 50%-ni və Ermənistan internetinin 85%-ni təchiz edəndir.
Bəzi mütəxəssislər qeyd edir ki, Ermənistanın internet təhlükəsizliyi baxımından düşmən ölkədən asılılığı olacaq ki, o da məxvi məlumatlar toplayacaqdır.
Məlumat Azadlığının İnkişafı İnstitutunun (IDFI) vəkili Georgi Davituri, komissiyanın müqavilə ilə bağlı hərəkətlərinin qəbuledilməz olduğuna inanır, çünki ölkə qanunvericiliyi xaricilərin strateji infrastruktur əldə etməsini qadağan etmir.
Gürcüstanda böyük bir etiraz dalğası başlayacaq, bu haqda gürcü ictimai və siyasi fəal İrakli Kakabadze deyir. Onun sözlərinə görə, bu, keçmiş Prezident Mixail Saakaşvilinin “Gürcüstanı Azərbaycan-Türkiyə maraqları zonasına gətirmək planı”nının nəticəsidir.
Kakabadze qeyd edir ki, Gürcüstanın internet provayderinin keçmiş sahibi qanunsuz olaraq Azərbaycanın maraqlarını təmin etmək üçün təyin olunmuşdur.
“Bu qanunsuz razılaşma ləğv edilməli və onsuz da son dərəcə gərgin olan Gürcüstan-Azərbaycan münasibətlərində böyük bir etiraz dalğası yetişdi. Buradakı Azərbaycan Rusiya kimi işğalçı bir ölkəni xatırladır”.
Onun sözlərinə görə, əməliyyat ləğv edilməzdən əvvəl Gürcüstan hökuməti hadisələrin ona çatmaması üçün mümkün olan hər şeyi etməlidir, çünki Ermənistan Azərbaycan şirkətinin Ermənistanda istənilən vaxt interneti söndürə biləcəyini proqnozlaşdırır.