Artsax Prezidenti Arayik Harutyunyan bu yaxınlarda Ermənistan hökuməti ilə bir razılaşma əldə edib.Razılaşmaya görə müharibə zamanı vətəndaşların daşınmaz və daşınan əmlakının itkilərini ödəmək üçün yaxın gələcəkdə işə başlanılacaq.
DQR Prezidenti aparatından bildirildiyi kimi, Harutyunyan bu haqda Azərbaycanın işğal etdiyi Hadrut və Kaşatağ bölgələrindəki bir sıra yaşayış məntəqələrinin rəhbərləri və sakinləri ilə görüşü zamanı bidirib.
Qeyd edək ki, görüş Yerevanda keçirilib, son müharibədən sonra evsiz qalan vətəndaşların mənzil problemləri və bir sıra digər sosial məsələlər müzakirə olunub.
“Ölkə başçısı məcburi köçkünlərin təcili sosial problemlərinin ən qısa müddətdə həll edilməsi üçün hər cür səy göstərildiyini vurğuladı” –deyərək məlumatda qeyd olunub.
Görüş zamanı daxili və xarici problemlər, təhlükəsizlik məsələləri və təminatlar həmçinin müzakirə edildi. Artsax Prezidenti Artsaxın ərazi bütövlüyünün bərpasının siyasi yolunun Artsax hakimiyyətinin gündəmindəki əsas məsələlərdən biri olduğunu vurğuladı.
Xatırladaq ki, martın 23-də Artsaxın Şəhərsalma nazirliyi , Stepanakertin Tumanyan küçəsində Hadrut və Şuşi şəhərlərindən didərgin düşmüş azadlıq döyüşçüləri ailələrinin yaşayacağı yaşayış binası inşa etdiyini bəyan edib.