BaşlıcaSiyasət

Paşinyan: “Ermənistan-Rusiya ortaq hərbi bölmələrimizi gücləndirməyi düşünməliyik”

Təhlükəsizlik təhdidlərinə qarşı müqavimət ən güclü düstur onsuz da Ermənistanda mövcud olan ortaq Ermənistan-Rusiya hərbihərbi bölmədir.

Bu haqda  Armavirin Aragats icmasında ER Baş naziri Nikol Paşinyan  bəyan edib.

“Mənim fikrimcə, qarşıdakı hadisələrdə və danışıqlarda regional təhlükəsizliyin əsas tərkib hissəsi kimi birləşmiş erməni-rus hərbi kontingentinin gücləndirilməsi barədə düşünməliyik”-deyərək əlavə etdi ki, bu daim yeni müharibələrə hazırlaşmalı olduğumuz  demək deyil.

“Əksinə, bunu biz  bölgəyə baxışımızı dəyişdirmək və bölgənin bizə olan münasibətini dəyişdirməyə kömək etmək üçün istifadə etməliyik”- deyə Paşinyan qeyd edib.

“İrana və Rusiyaya gedən dəmir yollarımız Azərbaycandan keçir. Bu ola bilməz ki, onların ərazilərindənbiz yol götürək, ancaq onların bizim  ərazilərimizdən bir yolu olmasın.

Biz yolları bir-birimiz üçün qarşılıqlı olaraq  istifadə etməli olduğumuza dair qərar verməliyik” –deyərək Paşinyan qeyd edib.

Xatırladaq ki, Aragats icmasında keçirilən görüşdə Nikol Paşinyan aprel ayında istefa edəcəyini elan etmişdir.Baş nazir keçən həftə Aragatsotn bölgəsini ziyarət etmişdir.

Daha çox göstər
Back to top button