
Ruben Safrastyanın nəzərincə, Türkiyə Qərbin bir parçasını təşkil edir.O xüsusiylə NATO-nun hərbi-siyasi ittifaqının üzvüdür, bir çox Qərb ölkəsi ilə çox yaxın əlaqələrə malikdir.
Bunlara baxmayaraq, xüsusiylə ABŞ-da antitürk düşüncələri var, çünki Türkiyənin siyasətindən narazıdırlar.
Türk elitası bu günə qədər Türkiyə və ABŞ arasında telefon danışığının olmamasından narahatdır. Türk diplomatiyası bu fürsətdən istifadə etmək üçün çox səy göstərir.
Amma alınmır, çünki amerikanlar buna getmədikləri üçün nəticə vermir”-deyərək türkoloq qeyd edib.
Safrastyana görə, nə söz,Türkiyə, əlbəttə ki, ABŞ-ın potensial müttəfiqidir, lakin son zamanlarda “özünü pis aparır”.Odur ki, müttəfiq olaraq qalaraq yenə də ABŞ tərəfindən cəzalandırılmalıdır.
Onun sözlərincə, Türkiyənin bölgəmizdəki rolu, ilk növbədə Erdoğanın siyasətisayyəsində artdı ki, bu da əslində Türkiyənin imkanlarına uyğun gəlmir.
“Türkiyə,öz qarşısına daha böyük məsələlər qoyur resursları və potensialının imkan verdiyi qədər böyük problemlər yaradır və onu həll etməyə çalışır.
Buna görə də Türkiyənin siyasətinin hərbi hissəsinin gücləndiyini, digər ölkələrlə hərbi əməkdaşlığın daha sıx olduğunu görürük. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində türk hərbi bazaları yaradılır”-deyərək akademik qeyd edib.
Hər halda, Safrastyanın qənaətincə, yuxarıda adı çəkilən türk siyasəti faydasızdır, çünki tələb olunan böyük xərclər və nəhəng mənbələr son nəticədə Türkiyəni daha təmkinli xarici siyasət yürütməyə məcbur edəcəkdir.