“İnteret cəmiyyət” İctimayi təşkilat sədrinin müavini Grigor Sadyan efirdə jurnalistlə söhbətində gürcü-azərbaycan sövdələşməsinə toxunub.
Onun sözlərincə,Azərbaycan şirkəti “Caucasus Online” regional magistral telekanalının 100% səhmdarı olub.
“Qəfildən tıxanmalarolarsa,onda alternativ yollar var: Birincisi, “Caucasus Online” -a məxsus Poti-Varna xəttidir. Eləcə də Poti-Novorossiysk balantısı var. Qafqaz dağ keçidindən keçən bir xətt yenə qurulub.
Nəhayət Türkiyə ilə İran vasitəsiylə rabitə yolları var. Bu səbəbdən xəttin pozulması tam qadağa demək deyil. Uzun kanallar sadəcə qiymət üzərinə təsir edəcəkdir.
“Bundanbaşqa, kritik mühümlük kəsb edən infrastrukturlar Elon Maski “Starling” peyk rabitəsindən də faydalana bilər”- deyərək “İnternet cəmiyyət” İctimai təşilat sədrinin müavini qeyd edib.
Sagyan, Gürcüstan tərəfinin bu sövələşmə münasibətinə toxundu və Gürcüstanın telekommunikasiya sahəsini tənzimləmə orqanının fikrini xatırlatdı.
Ona əsasən, regional internet bağlantısı sövdələşməsi 100% qanunsuzdur. Necə ki,2019-cu ildə Azərbaycan şirkəti tərəfindən “Caucasus Online” səhmlərinin 49 %-ni əldə etmək sövdələşməsi idi.
Ehtiyatlı olun, internetdə yeni fırıldaq yayılır
Kanalın istismarı ilə əlaqəli təhlükəsizlik faktorlarına toxunan Sagyan, Yerevan,Tbilisi və Poti ilə birləşdirən kabelin Azərbaycan ərazisindən keçdiyini qeyd etdi. O,onlar tərəfindən çuxur qazmadıqlarına, kabelə qoşulmadıqlarına və ya gizli dinləmələrə zəmanət olmadığını vurğuladı. Odur ki, erməni tərəfi alternativ variantlar barədə düşünməlidir.
“Bizim bütün məlumat mənbələrimiz Ermənistanda deyil, Avropada yerləşir.Çünki orada etibarlılıq daha yüksəkdir. Oradakı bütün mənbələr təhlükəsiz bir əlaqəyə malikdir, yəni, məlumat sayt və istifadəçi arasında informasiya şifrələnir.
Bu gün kibertəhlükəsizliyin açarı o qədər uzundur ki, ağlabatan bir vaxt çərçivəsində dediklərinizi deşifr etmək mümkün deyil.
Bundan əlavə, məktubları şifrələmək və sonra göndərmək üçün elektron imzadan istifadə edə bilərsiniz”-deyərək “İnternet cəmiyyət”in sədr müavini qeyd edib..
Sagyanın sözlərincə noyabrın 9-da imzalanan üçtərəfli atəşkəs bəyanatı infrastrukturun blokdan çıxarılmasını nəzərdə tutur, bu səbəbdən bağlantının bu kontekstdə açılması Ermənistan və Azərbaycanın birgə bəyanatının nəticəsidir.