
ER Xarici işlər naziri Ara Ayvazyan aprelin 1-də Moskvaya yola düşəcək.
Bu haqda Ayvazyan parlamentin Xarici əlaqələr üzrə daimi komitəsinin iclasında Azərbaycanın Xarici işlər naziri ilə görüşün yaxın gələcəkdə nəzərdə tutulubmu sualını cavablandırarkən bəyan edib.
Xatırladaq ki, martın 26-da Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan Xarici işlər nazirləri Ara Ayvazyan və Ceyhun Bayramovla görüşlər keçirəcəyini bildirib.
O, qeyd edib ki, görüş aprelin 2-də MDB ölkələrinin Xİ nazirləri çərçivəsində keçiriləcək.