ArtsaxBaşlıcaSiyasət

Azərbaycan və Türkiyədə erməni xalqına qarşı düşmənçilik yeni təzahürlər alır: ER Ombudsmanı

Türkiyə və Azərbaycanda Ermənistana və erməni xalqına qarşı düşməçilik nəinki azalmayıb, hətta məsuliyyətə cəlb olmadığı üçün yeni təzahürlər alır. Bu barədə ER Ombudsmanı Arman Tatoyan “Facebook” səhifəsində yazdı.

O bu ölkələrdə ermənilərə olan düşməçiliyin üç təzahürü misal gətirdi.

“Azərbaycan prezidenti “Yeni Azərbaycan” partiyasının 2021-ci ilin martın 5-də baş tutmuş 7-ci iclasında qürur hissi ilə qeyd etdi ki, “gənc nəsil düşmənə nifrət hissi ilə yetişdi”. Düşmən deyəndə Ermənistanı və bir nəslin nifrət etdiyi erməni xalqını nəzərdə tutur.

Türkiyənin prezidenti 2020-ci ilin dekabrın 10-də Bakı hərbi tədbiri ərzində Artsax müharibəsini Osmanlı İmperiyasında Erməni Soyqırımı və 1918-ci ildə Bakıda ermənilərin qırğını ilə müqayisə etdi. O həmin gün qeyd etdi ki, “Dekabrın 10-u Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür”.

AİHM qərarında qeyd olunur ki, Azərbaycanda ermənilərin öldürülməsi etnik motivlərə malikdir və hakimiyyət tərəfindən təşviq olunur.

Buna görə də, nə proqram olursa da olsun, nə sözlər olursa olsun, bu təməl reallıqlar göz ardı edilə bilməz.

Bu onu deməkdir ki, heç bir tərəfli proses ER vətəndaşının, erməni xalqının həyatı, fiziki təhlükəsizliyi və ya hər hansı hüququ, Ermənistan əhalinin normal həyatı və sülhü hesabına inkişaf edə bilməz. Ermənistan və erməni xalqına olan düşmənçilik Azərbaycan və Türkiyədə nəinki azalmayıb, hətta məsuliyyətə cəlb olmadığı üçün yeni təzahürlər alır”,- deyə ER Ombudsmanı qeyd etdi.

Arrman Tatoyan vurğuladı ki, İnsan Hüquqları üzrə Müvəkkilinin bu açıqlaması birbaşa 2020-ci ilin sentyabr-noyabr aylarında silahlı hücumları zamanı və sonrasında kobud insan hüquqları pozuntuları ilə şərtlənir.

Arman Tatoyan, müharibə ərzində Azərbaycan və Türkiyə sosial şəbəkələrində geniş yayılmış, Azərbaycan vəhşiliklərini təbliğ edən şəkilləri də yaydı.

Daha çox göstər
Back to top button