BaşlıcaBeynəlxalq

Batumi sakinləri çimərliyin Türkiyə şirkətinə verilməsinin qarşısını almağa çalışırlar

“Novosti-Gruzina” xəbər verir ki, Qara dənizin sahilindəki Batumi şəhər şurası, 3380 kvadrat metrlik çimərliyin Türkiyənin “Le Meridian” otelinin sahibi “Batumi Tower” şirkətinə icarəyə veriləcəyi ilə bağlı qalmaqallı qərar layihəsini müzakirə edir.

Vətəndaş fəallar, müxalifət üzvləri, eləcə də Batumi sakinləri  şuranın binasının qarşısına toplayıblar, lakin şuranın iclasında iştirak etmək üçün binaya buraxılmayıblar.

Şuranın sədri Suliko Tebidze isə onların təzyiqi altında iclasa ara verməli idi və bildirib ki, mübahisəli məsələ gündəmdən çıxarılıb.

Daha çox göstər
Back to top button