Başlıcaİctimaiyyət

COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər sərtləşdiriləcək

Nikol Paşinyanın başçılığı ilə Ermənistan Respublikasında koronavirusun yayılmasının qarşısını alma işlərini koordinasiya Komitəsinin iclası keçirilib.

Nikol Paşinyan qeyd etdi ki, hazırda Ermənistanda koronavirula bağlı vəziyyəti və gələcək addımları müzakirə ediləcək.
“Xüsusən vaksinasiya siyasəti, peyvəndlərin alması baxımından razılaşmalarımız, gələcək addımları müzakirə edəcəyik”,- deyə Nikol Paşinyan qeyd etdi.

Səhiyyə naziri Anahit Avanesyan Ermənistanda koronavirusla bağlı vəziyyəti, koronavirusla yolxuanlarlın, virusdan sağalanların sayı, ölkədə ümumi olaraq aparılan testlərin sayını təqdim etdi.

İnfeksiyanın yayılma sürəti və bununla ilə bağlı statistik məlumatları təqdim edildi.COVİD-19-a qarşı peyvəndinin əldə edilməsinə toxunan nazir qeyd etdi ki, martın 28-də peyvəndin ilk partiyası 24 min doza peyvənd gətirilib.

Peyvənd effektivliyi və təhlükəsizliyi Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş standartlara cavab verir. Gələcəkdə COVİD-19 peyvəndininəldə edilməsi istiqamətində görülən işləri də təqdim olunub.
İclasda koronavirusun yayılmasının qarşısını almaq üçün prioritet tədbirlər müzakirə edildi.

ER Baş naziri Nikol Paşinyan qapalı ərazilərdə, ictimai nəqliyyatda yoxlamalarının daha aktivləşdirməsi, peyvəndlərin yeni partiyalarının əldə edilməsi ilə bağlı tapşırıqlar verib.

Daha çox göstər
Back to top button