BaşlıcaSiyasət

Ermənistan hansı halda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq?

Öz Şimal-Cənub yol dəhlizini və ya İran-Ermənistan dəmir yolunu tikənə qədər Ermənistanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə bütün söhbətlər boşdur.

Bunu Sputnik Armenia ilə söhbətdə çinşünas ekspert Mher Sahakyan, Hindistanın İrandakı səfirinin Ermənistan üzərindən yeni bir dəhliz inşa etməyi planlaşdırdıqları barədə son açıqlamasına istinad edərək bildirib.

“Burada real bir rol oynamaq istəyiriksə, əvvəlcə İrana gedən Şimal-Cənub yol dəhlizimizi inşa etməyimiz lazımdır. Nə qədər ki, biz bunu tikmirik, Hindistan səfiri ya da başqa bir ölkənin səfiri bu dəsə də, bunun bir önəmi olmayacaqdır”.

Sahakyan Türkiyənin bölgədəki fəaliyyətini ABŞ faktoru ilə izah edir. Rəsmi Vaşinqton Çinə təzyiq göstərmək üçün Türkiyə üzərindən Orta Asiyadakı rolunu gücləndirməyə çalışır.

Onun sözlərinə görə, ABŞ-ın 46-cı prezidenti Joe Biden Donald Trump və Barack Obama tərəfindən qəbul edilən Çin əleyhinə siyasəti davam etdirir.

“Bu proses Obamanın dövründə başladı. 2011-ci ildə Obama komandası, ABŞ və Vaşinqtonun dünyanın iqtisadi və siyasi mərkəzinin Avropadan Asiya bölgəsinə doğru dəyişdiyini yaxşı başa düşdüyü üçün Asiya-Sakit okean bölgəsinə dönüş elan etdi. Onlar böyüməkdə olan Çini cilovlamaq üçün buraya hərəkət edirdilər”.

Xatırladaq ki, Hindistanın İrandakı səfiri İranda “Şimal-Cənub” dəhlizi yaradaraq Ermənistan ərazisindən Çabaharın qərb hissəsini və Hind okeanını Avrasiya və Helsinki ilə birləşdirməyi planlaşdırdıqlarını bildirmişdi.

Daha çox göstər
Back to top button