BaşlıcaBeynəlxalqEkonomika
İran və Azərbaycan XİN rəhbərləri Xəzər dənizində əməkdaşlığa dair məsələləri müzakirə ediblər

Azərbaycan və İran XİN rəhbərləri Xəzər dənizində qarşılıqlı əməkdaşlığa dair məsələləri müzakirə ediblər. Bu barədə “Tasnim” məlumat yayıb.
Düşənbə şəhərində keçirilən 9-cu Nazirlər Konfransı çərçivəsində İran İslam Respublikasının Xİ naziri Məhəmməd Cavad Zərif və Azərbaycan Xİ naziri Ceyhun Bayramov əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Görüşdə tərəflər, Qafqazdakı son hadisələri, həmçinin siyasi və iqtisadi sahələrdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.