ArtsaxBaşlıca

Təxribat xarakterli hərəkətlərin qarşısı alınmalıdır: Artsax XİN, hərbçilərin cəsədlərini daşıyan maşına daşların atılmasına toxunub

Artsax Xarici İşlər Nazirliyi azərbaycanlılar tərəfindən hərbi qulluqçuların cəsədlərini daşıyan maşına daşların atılmasına toxunub. XİN-in bəyanatında xüsusilə qeyd edilib:

“Son bir həftə ərzində Azərbaycan tərəfi Artsax Respublikası əhalisinin normal həyatının bərpasına qarşı iki dəfə təxribata əl atıb. 2021-ci il martın 25-də və 29-da Azərbaycan tərəfi Karmir Şuka-Stepanakert və Stepanakert-Goris yollarında gedən mülki maşınlara daşlar atıb.

Üstəlik, ikinci halda Artsaxa qarşı Azərbaycan, Türkiyə və beynəlxalq terrorçuların hərbi təcavüzü qurbanlarının qalıqlarını daşıyan maşına hücum edilib.

Artsaxın mülki əhalisinə qarşı bu cür təxribatlar sübut edir ki, Bakı tərəfindən işğal olunmuş Artsax ərazilərindəki Azərbaycan qoşunlarına nəzarət etmir və ya Azərbaycan hakimiyyəti qəsdən və məqsədyönlü şəkildə bölgənin sabitliyini və Rusiya Federasiyası tərəfindən həyata keçirilmiş sülhməramlı missiyasını pozur.

Bu baxımdan, qeyd etmək lazımdır ki, bu hadisələr həm də işğal olunmuş Artsax ərazilərində Azərbaycan qoşunlarının və Azərbaycan və Türkiyənin himayəsində olan beynəlxalq terror qruplaşmalarının qanunsuz mövcudluğunun nəticəsidir. Bu cür təxribat xarakterli hərəkətlərin qarşısı ən qəti şəkildə alınmalı və təşkilatçılar və iştirakçılar cəzalandırılmalıdır.

Cəzasızlıq və hərəkətsizlik bölgədəki sülh və sabitlik üçün gözlənilməz nəticələrlə doludur”.

Daha çox göstər
Back to top button