ArtsaxBaşlıcaSiyasət

Tbilisi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni platforma təklif edir

Tbilisi Gürcüstan-Azərbaycan-Ermənistan formatının yaradılmasına dair xarici işlər nazirinin bəyanatını alqışlayır.

Gürcü ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz regionun gələcəyini sadəcə Cənubi Qafqazın üç dövlətləri həll etməlidir. Gürcüstanın xarici işlər naziri Davit Zlkaliani Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə yeni bir platforma yaratmağı təklif edib. Onun sözlərinə görə, təklif olunan “3+3” formatı Gürcüstan üçün qəbuledilməzdir.

“Biz yeni platforma təklif edirik – Gürcüstan, Azərbaycan və Ermənistan”,- deyə Gürcüstanın XİN başçısı qeyd etdi.

Gürüctan Dağlıq Qarabağ münaqişəsini Rusiyanın iştirakı olmadan müzakirə etmək istəyir. O daha əvvəl rəsmi Tbilisi bəyan etdi ki, Rusiya səbəbindən Türkiyənin təklif etdiyi “3+3” formatında iştirak etmək istəmir.

Gürcü ekspertlər bu bəyanatı alqışlayırlar. Onlar deyirlər ki, “3+” formatı Yerevam və Tbilisi üçün qeyri-real idi. Ekspert Davit Bragvadze hesab edir ki, bu format Gürcüstan üçün yeni risklərə səbəb ola bilər.

“İran, Rusiya və Türkiyə iddia edirlər ki, regional münaqişələr müstəsna olaraq regional oyunçuların iştirakı ilə həll edilməlidir. Bu demək olar ki, onlar Avropa Birliyini və ABŞ-ı prosesdən kənarlaşdırırlar”.Gürcüstan isə dialoq yeri kimi Tiblisini təklif edir.

Ekspert Davit Mayisaya hələ Tvauş döyüşləri zamanı Gürcüstanı Ermənistan və Azərbaycan rəhbərlərinin danışıqları Tbilisidə aparmağı təklif etməyə çağırıblar.

“Tbilisi bu ciddi münaqişənin həlli üçün sülh zonasına çevrilməlidir. Bölgənin bu probleminin yalnız beynəlxalq tərəfdaşların iştirakı ilə həll ediləcəyi bir platforma təmin etməliyik”,- deyə ekspert vurğuladı.

O qeyd etdi ki, həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsi Gürcüstan üçün də bir faciədir. Ermənistan-Azərbaycan münaqişəsi bütün Qafqaz bölgəsi üçün ciddi təhlükə yaradır.

Ekspert Aleksandr Rusetski qeyd etdi ki, bu həll olunmamış münaqişə, münaqişələrimizi də təsir edir.

 “Deməli, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli Gürcüstan üçün strateji əhəmiyyətə malikdir”,- deyə ekspert vurğuladı. 

Onun sözlərinə görə, Gürcüstan hökuməti və cəmiyyəti qonşular arasında baş verən hadisələrə soyuq baxa bilməz.

Daha çox göstər
Back to top button