
ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında qeyd olunur ki, Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlər, o cümlədən qanunsuz və əsassız qətllər, işgəncələr, şəxsi həyata zorakı müdaxilə, ölkə hüdudlarından kənarda siyasi motivli repressiyalar, ifadə azadlığının və mətbuat azadlığının məhdudlaşdırılması halları mövcuddur.
“Turan” İnformasiya agentliyinin məlumatına görə, hesabatın Azərbaycana dair hissəsində qeyd olunur ki, ABŞ-ın məruzəsində siyasi məhbuslar, korrupsiya, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlər, jurnalistlərə qarşı zorakılıq,jurnalistlərin şübhəli ittihamlarla təqibi var.
Hesabatda Turan.az və onun filialı olan contact.az xəbər saytları kütləvi kiberhücuma məruz qaldıqlarına da toxunulub. Bildirilib ki, hücum saytlarda Azərbaycan hökumətinin COVİD-19 pandemiyası ilə bağlı fəaliyyətinin tənqidi yer alan məqalələr dərc edildikdən sonra baş verib.