ArtsaxBaşlıca

Azərbaycan əsirlər məsələsində yalana qarışıb: ER Ombudsmanı

Əsirlərin qaytarılmaması, cəsədlərin və itkin düşənlərin axtarılmasına mane olmaq Azərbaycan hakimiyyətinin ermənilərə qarşı nifrət siyasətinə uyğundur. ER Ombudsmanı Arman Tatoyan bu gün, martın 31-də jurnalistlərlə görüşü zamanı qeyd edib.

İnsan Hüquqları Müdafiəçisi xatırladıb ki, Azərbaycan tərəfi əsirlərin sayını təsdiqləmir. Yəqin ki, əsirlər arasında qadınlar da var. Azərbaycan bunu da təsdiqləmir.

Onların siyasəti nifrətə əsaslanır. “Əsirləri qaytarmaqdan imtina etməklə Azərbaycan onların yaxınlarına ruhi ağrı verir və cəmiyyətdə gərginlik yaratmağa çalışır. Azərbaycan hakimiyyəti bunu yaxşı anlayır və buna baxmayaraq, etməyə davam edir. Bütün qanuni prosedurlar açıq şəkildə sui-istifadə olunur. Əsirlər terrorçu kimi təqdim olunur və o qədər yalana qarışıblar ki, bəzən deyirlər ki, nayabrın 9-dan sonra əsir götürülən şəxslər terrorçudur, sonra deyirlər ki, bütün əsirlər qaytarılıb, sonra da deyirlər ki, noyabrın 9-dək əsir götürülənlər də terrorçulardr. Müharibədən əvvəl də bu prinsipə əməl ediblər. Məsələn, “qara siyahı” fikri. Bu şəkildə Artsaxı xarici dünyadan təcrid etməyə çalışıblar”- deyə Arman Tatoyan qeyd edib.

Daha çox göstər
Back to top button