
Son müharibədən sonra, xüsusən keçmiş Sovet ölkələrinin erməni icma nümayəndələri üçün yeni həyəcan verici bir vəziyyət yaranıb.
Söz türk-azərbaycan icmasının həmin ərazidə yaşayan hər bir erməninin gündəmindəki varlığıdır.
Yekaterinburqdakı erməni icmasının mədəniyyət layihələrinin koordinatoru Lusine Ustyan deyir ki,vətəndən alınan kitablar və metodlar vacibdir o baxımla, haçan mədəniyyət və tarixi məsələlər ətrafında söhbətlər olur bilik və faktlarımız olmalıdır.
“Xüsusilə müharibədən sonra münasibətləri və baxışları dəyişmişdir. Cəmiyyətimiz sabitliyi qorumaq üçün hər cür səy göstərir, əks halda cəmiyyətdəki gənclər, bizim düşmən cəmiyyətimiz arasında tez-tez qarşıdurmalar ola bilər”- deyərək Lusine qeyd edib.
Təsadüfi deyil ki, bu gün ana dilində dərsliklər və kitablar Vətən tərəfindən ən çox gözlənilən kömək və dəstəkdir. Lakin Rusiyanın Yekaterinburqdakı erməni icması üç ildir Ermənistandan kitab ala bilmir.
Cəmiyyətin mədəniyyət proqramları koordinatoru Lusine Ustyan, bu gün erməni mədəniyyəti, tarixi və ya ən əsası fənn dərslikləri və fərqli kitablar gözlədiklərini qeyd edib..
“Əlbətdə ki, İnternet məlumat almağa imkan verir, ancaq kitablardan dərilən mesajlar İnternetdə tapıla bilməz”-deyərək Lusine əlavə edib.
Spyurk (Diaspor) İşləri üzrə Baş Komissar Zareh Sinanyan bu yaxınlarda Yekaterinburq da daxil olmaqla Rusiyadakı bir neçə erməni icmasını ziyarət etmişdir.
Lusinenin sözlərincə, onunla əlaqə quruldu. “Bu gün ER Təhsil və elm nazirliyi bu məsələ ilə məşğul olur” – deyərək komissar cavab verib.
Yekaterinburqun erməni icmasına dərsliklərin verilməsi məsələsi artıq bir neçə ildir ki, lazımınca həll olunmur.
Niyə nəqliyyat problemləri irəli gəlir və bunlara kimdir cavabdeh?
Erməni icmasından gələn bu sualın cavabını almaq üçün Təhsil və elm,mədəniyyət nazirliyinin Spyurk üzrə bölmənin mütəxəssisi Tamar Zalinyana müraciət etdik.
“Bir neçə il əvvəl dərsliklərin Spyurk”a təhvil verilməsi məsələsini biz həyata keçirirdik. Daha sonra Spyurk nazirliyi tərəfindən həyata keçirildi.
Artıq bir neçə ildir ki, bu bizim proqramlarımızın bir hissəsini təşkil edir”- deyərək Tamar Zalinyan qeyd edib.
Proses aşağıdakı ardıcıllıqla həyata keçirilir:
• müraciət edilməli
• Nazirliklə əlaqə saxlanılmalı
• Bir il ərzində kitabların çatdırılması gözlənilməlidir.
“Ötən il yalnız Gürcüstana və bir sıra digər ölkələrə göndərə bildik. RF-na gəldikdə isə, ölkədəki və dünyadakı bir sıra problemlər üzündən bu ölkədəki işimiz bir az nöqsanlı idi.
Ancaq bizə müraciət edən ölkələrin erməni icmaları və ya məktəblər kitabların daşınmasını öz imkanları ilə təşkil etmək istəyini bildirirsə, təbii ki, kitablar onlara daha tez çatılası olur”- deyərək Təhsil və elm nazirliyinin Spyurk üzrə bölməsinin mütəxəssisi qeyd edib.
Qeyd edək ki,Tamar Zalinyan keçən il heç bir təşkilatın iştirak etmədiyi kitab daşınması ilə məşğul olan şirkətlər üçün bir müsabiqə də elan olunduğunu da xatırladır.
Orada heç bir təşkilat iştirak etməyib. Spuuk-un mütəxəsissi bunu ilk növbədə müxtəlif xidmətlərin bahalaşması ilə izah etdi.
Tamar Zalinyanın sözlərinə görə, nazirlik il ərzində müraciət qəbul etmək imkanına malikdir, lakin faktiki proses mart ayında başlayır, bu səbəbdən kitablar sentyabr ayında icmalarda əlçatan olacaqdır.
“Hansı kitablar,neçə sayda və hansı müddətdə sualların cavablarını bizim yeni saytımızda diasporabook.am saytında tapa bilərsiniz”-deyərək Tamar Zalinyan qeyd edib.
