
Şurnuxda və Sünikin digər sərhəd yaşayış məntəqələrində təhlükəsizliyi təmin etmək üçün bufer zonaları yaradılmalıdır.
Bu haqda Şurnux kəndinin bələdiyyə sədri Hakob Arşakyan lragir.am saytına verdiyi müsahibəsi ərzində bildirib.
“Bufer zona yaradılmalı və azərbaycanlılar bizdən ən azı 1 kilometr uzaqlıqda olmalıdır”-deyə o, qeyd edib.
İcma rəhbərinin sözlərinə görə, indiki mərhələdə bu məsələlər qaldırıla bilər, çünki delimitasiya demarkasiya işləri hələ Sünikdə aparılmayıb.
“Son sərhədlərin hələ müəyyənləşmədiyini söyləyirlər, deməli yəqin şans var, ümidvar olaq”-deyərək Arşakyan qeyd edib.
Bu yaxınlarda azərbaycanlılar Şurnux sakinlərindən birindən 13 inəyini apardılar və qaytarmırlar.
“Düşünürəm ki, verməyəcəklər. Türkün əlinə inək düşüb ki, bizəmi versin, verməyəcək.
Onlar heç etiraf etmirlər ki,İnəklər yanlarındadır.Sadəcə deyirlər ki, tapıb qaytaracağıqı”-deyərək Arşakyan qeyd edib.
Onun sözlərinə görə, kənd sakinləri hadisə barədə erməni sərhədçilərinə məlumat verdilər və onlar da rus sərhədçilərinə üz tutdular ki, onların vasitəsiylə inəkləri geri gətirməyə çalışsınlar.
. “Bir dəfə İcazə veriblər bizim sərhədçilərimiz rusla və mal-qara sahibi ilə daxil oldular, günün sonu olub, dedilər qaranlıqdır sabah gedək. Və sabah deyilən bu gündür ki, uzadılır.Artıq 10 gündür.
Bizi öz ərazilərinə onlar buraxmayacaqlar”- deyərək kənd bələdiyyəsi bəyan edib.
Hakob Arşakyanın sözlərincə, belə hallar mütəmadi olaraq təkrarlana bilər, xüsusən də hava artıq istiləşdiyindən insanlar heyvanları otlağa aparır, bitki örtüyü və meşələr sıxdır.
“Bir heyvan, yolu o tərəfə döndüsə və sən onu hiss etmədinsə, xüsusilə meşənin o hissəsi olduqca sıxlıqdır, adamı da apara bilərlər.Ağacların yarpaqları yaşıllaşarsa o zaman insan ovu da başlayacaq”- Şurnux kəndinin başçısı əlavə etdi
Onun sözlərinə görə, hadisədən sonra kəndlilər “mantraş” vəziyyətindədirlər”. Bununla belə çaxnaşma yoxdur.
“Heç kim kəndi tərk etmir, gündəlikdə olan vəziyyətdir, insanların daha ayıq olmaları lazımdır. İnsanlar əsasən heyvandarlıq ilə məşğuldur, otlaqlarazalıbdır.
Ot azlıq edir, o vaxtlarda hava yaxşı olanda, hər gün öz heyvanlarını otlağa çıxarırdılar. Bu il belə bir şey yoxdur. İndi otun ehtiyatı da tükənib, heyvan sayı azalır, satırlar”-deyərək o, qeyd edib.