
Azərbaycan prezidentinin Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşı ambisiyaları ilə dolu açıqlamaları yolverilməzdir. Bunu “Mənim Adım” fraksiyasının millət vəkili Tatevik Hayrapetyan Parlamentin xüsusi iclasında bildirdi.
Azərbaycan prezidenti İlham Əliyev dünən Zangezur dəhlizi üzərində hazırda fəal iş aparıldığını söylədi. Onun sözlərinə görə, indi Zangezur türk dünyasını birləşdirən rol oynayacaq, çünki oradan keçən nəqliyyat, rabitə və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəkdir.
“Azərbaycan prezidenti növbəti dəfə Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinə ərazi iddiaları təqdim etdi. Azərbaycan tərəfi bir yandan sülhdən, mümkün birgəyaşayışdan danışır, digər yandan da təxribat xarakterli və yolverilməz açıqlamalar verir”,- Hayrapetyan dedi.
Deputat qeyd edib ki, bu vəziyyətdə parlament diplomatiyasında iştirak edən millət vəkillər beynəlxalq tərəfdaşlarına Əliyevin açıqlamaları barədə məlumat verməlidirlər. Onun sözlərinə görə, bu açıqlamalar yalnız üçtərəfli bəyanata zidd deyil, eyni zamanda bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün problemlər yaradırlar.
Hayrapetyan Əliyevin açıqlamalarının beynəlxalq tərəfdaşlardan müvafiq cavab alacağına ümid etdiyini qeyd etdi.