Arman Tatoyan sorğulara görə Ermənistanda ən yüksək reytingli şəxsdir

Ermənistanda keçirilmiş sorğu nəticələrinə əsasən, Ombudsman Arman Tatoyan ən yüksək 3.7 balı alıb. Bu barədə 31 martda keçirilmiş mətbuat konfransında «GALLUP International Association»-un Ermənistandakı üzvü MPG-nin direktoru Aram Navasardyan bildirib.
Navasardyan qeyd edib ki, sorğu zamanı respondentlərdən siyasi və ictimai xadimləri 1-5 aralığında şkala ilə dəyərləndirmələri istənilib. Burada ən çox səsi ombudsman Arman Tatoyan (3,7 bal) toplayıb
ER Baş naziri Nikol Paşinyan 2,7 bal, prezident Armen Sargsyan 2,4 bal, ER 2-ci prezidenti Robert Koçaryan 2,1 bal, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyan 2,1 bal, “İşıqlı Ermənistan” Partiyasının lideri Edmon Marukyan 1,9 bal, ER 3-cü prezidenti Serj Sargsyan 1,6 bal, “Daşnaktsütun” Patyiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan 1,5 bal, Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyan 1,5 bal və Vətən Partiyasının sədri Artur Vanetsyan 1,4 bal alıb.
26-28 martda keçirilmiş sorğuda 801 şəxs iştirak edib.