
Martın 31-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan atəşkəs rejiminə nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşən Rusiya sülhməramlı kontinqentinin rəhbəri general-leytenant Rüstəm Muradovu qəbul edib. Bu barədə ER Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş zamanı təhlükəsizliyin təmin olunması və qarşılıqlı əməkdaşlığın təşklinə dair məsələlər müzakirə edilib, erməni əsirlərin geri qaytarılmasının və itkin düşmüş şəxslərin axtarılmasının vacibliyi vurğulanıb.
ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Rüstəm Muradova Rusiya sülhməramlı kontingentinin səmərəli fəaliyyətinə və göstərdiyi səylərə görə təşəkkür edib.