BaşlıcaSiyasət

Gürcüstanda antitürk əhval-ruhiyyələri: Ankara, Batumi və Cavaxk haqqında xatırladıb…

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Namaxvan hidroelektrik stansiyasında bəndin tikintisi 9-12 aydır ki, dayandırılıb.

Layihə Rioni çayı vadisində iki müstəqil su elektrik stansiyasının inşasını nəzərdə tuturdu. Bununla birlikdə, müxaliflər, hökumətin, türk şirkəti Rioni dərəsini tərk etmçəsini Türkiyənin Enka şirkəti ilə müqaviləsini ləğv etmək tələbini edir.

“Bu mənim tanıdığım Gürcüstan deyil”. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgen, Namaxvan hidro elektrik stansiyasının inşasına etiraz olaraq verilən bir sıra açıqlamaları belə şərh edib.

“Etirazları görmək mənim üçün sürpriz oldu. Məni təəccübləndirən ikinci şey antitürk, türkofob və bəzi hallarda İslam əleyhinə təbliğat idi.

Bu, narahatedicidir. Çünki gürcü mədəniyyətinə hörmət edirəm, pravoslav inancı gürcü mənliyinin ayrılmaz hissəsidir.

 Lakin haçan ki,Xaç inşaat üzərinə qoyulur və elan edilir ki, Gürcüstanda türk şirkətinin olmasını istəmirlər.Belə olan halda məndə şübhələr yaranır ki, yox bu mənim tanıdığım Gürcüstan deyil”- deyərək səfir bildirib.

Müxalif “Formula” telekanalına verdiyi müsahibə ərzində  səfir, Türkiyə ilə Gürcüstan arasındakı münasibətləri qarışdırmaq üçün kimin əli olduğu sualı cavablandıraraq deib:

“Gürcüstana ilk dəfə  gələrkən  Qars müqaviləsinin 100 illik yubileyi günü fəaliyyət göstərməyi dayandırılacağı barədə şayiələr eşitdim. Belə bir yalanın xaricdən gəldiyini anladım.

Niyə? Çünki türk-gürcü münasibətləri Qafqazda sabitliyin onurğasıdır. 2021-ci ildir, Qars müqaviləsi bitməyəcək, biz Batuminin qaytarılmasını tələb etməyəcəyik və qoşunlarımızı Samtsxe-Cavaxetiyaya göndərməyəcəyik” – deyərək o, qeyd edib.

Ancaq bu əhval-ruhiyyələr yenilik deyil. Türkiyə prezidenti Receb Tayyib Erdoğan, 2017-ci ildə Gürcüstan sərhədinə yaxın Rize şəhərində etdiyi çıxışında Osmanlı iperiyasını xatırlatdı   və bəyan etdi:

“Rizeni Batumidən ayırmaq mümkündürmü?”.Onun  Batuminin xatırlanması Gürcüstanda böyük səs-küyə səbəb oldu.

Acarıstandakı investisiyaların 90% -i türklərdir. Əvvəllər erməni olan şəhərin mərkəzi küçələrindən  biri hansı ki, əvvəllər ermənilərin olub, indi türk restoranları, barları və kafeləri ilə dop-doludur.

Batumi dövlət universitetindən antropoloq Ruslan Baramidze qeyd edib ki,problemin yalnız Acaristanda yerli əhalisinin əksəriyyətinin üç yüz illik Osman imperiyasının 300 illik hökmranlığı zamanı yerli sakinlərin  böyük əksəriyyəti islamı qəbul edib.

Baramidze eyd edib ki,1921-ci ildəki Qars müqaviləsi Türkiyənin tələbi ilə Gürcüstan daxilində Acarıstanın muxtariyyətini təmin edib..

Xatırladaq ki, Rus-Türk razılaşmasına görə Surmalu-Ararat dağının türklərə verilməsi qarşılığında. Batumi 1921-ci ildə Gürcüstana keçirilib.

Gürcüstanda və Ermənistanda əhval-ruhiyyənin dəyişməsi Bakıda və  Ankarada əsəbiliklə qəbul edilir.

“NATO-nun Gürcüstanda güclənməsi, Türkiyənin regionda hərbi-siyasi mövqelərinin möhkəmlənməsi, dövlət çevrilişi, hnasını ki, Rusiya Ermənistanda həyata keçirəcəkdir  regionun qeyri-sabitliyinə çatdıracaq.

“Odur ki,Azərbaycan ilə Türkiyə arasında hərbi ittifaq haqqında bir müqavilə imzalamaq və Ermənistandan kommunikasiya açmasını tələb etmək lazımdır”- deyərək bakılı politoloq Məhəmməd Əsədullahzadə qeyd edib.

Daha çox göstər
Back to top button