
Erməni İnqilab Daşnaktyutyun (ARF) nümayəndələri Təhlükəsizlik Şurasının binası qarşısında etiraz aksiyası təşkil etmişdir.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana “Türkiyə Ermənistanın düşmənidir, ya yox?” –verilən suala verdiyi cavabı onları qəzəbləndirmişdir.
Bu müsahibədə Armen Grigoryan münasibətləri yaxşılaşdırmağın vacibliyindən danışdı. Müharibə qonşularla münasibətlərdə nəyi dəyişdi və təsdiqlədi, hansı düzəlişlərə zərurətyaranıb?
Bütün bu suallar aydınlaşdırma tələb edir, çünki rəsmi mətndə yeni yanaşma və vurğular hiss olunur.
“Əslində heç nə baş verməyib. Çünki düşmən səndən qaçan eyni düşməndir və biz də necə ki, vardıq eyniylə qalmışıq.Gücümüzə olan inamımız sadəcə zəifləyib. İndi bir oyanışa, silkələnməyə ehtiyacımız var.
Ordumuzu gücləndirə bilmək naminə buoyanış həyata keçirilməlidir özü də əvvəlki oğullarımızla”.
Bu,Ermənistan Milli qəhramanı Vazgen Sarkisyanın intiharçılara istiqamətləniş məlum sözlərindən olan bir epizoddur.Hansı ki, Artsaxın birinci müharibəsi və ümumiyyətlə erməni xalqı üçün qərarverici əhəmiyyətə malik oldu.
Ermənistan Xarici işlər nazirliyinin Türkiyə tərəfi ilə hər hansı bir müzakirə və ya məsləhətləşmədən xəbəri yoxdur. Xarici işlər naziri Ara Ayvazyan parlamentdə Xarici əlaqələr komitəsinin iclasında “Bargavac Hayastan” fraksiyasının millət vəkili Arman Abovyanın sualını cavablandırarkən bildirib.
Nazir Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın cavabına tanışdır.Lakin Ermənistanın xarici siyasəti ilə bağlı rəsmi mövqeyi Baş nazir və Xarici işlər naziri tərəfindən ifadə edildiyini xatırladıb.
Ayvazyana görə, 20-ci əsrin ilk soyqırımını görüb yaşayan erməni xalqı barışığın qiymətini çox yaxşı bilir, bununla belə düşmən də axtarmırlar.
“Bölgədə həqiqi sülhə nail olmaq üçün Türkiyənin düşmənçiliyi sona çatdırmaq üçün Ermənistana qarşı təcavüzkar siyasətində ciddi, köklü dəyişikliklər etməsini gözləyirik”- deyərək nazir qeyd etmiş və eyni zamanda inandırmışdır ki, Ermənistanın xarici siyasəti bundan sonra artıq praqmatik olaraq daha çevik olacağını söylədi. Ermənistan ətrafında sabit bir təhlükəsizlik mühiti formalaşdırmaq üçün var qüvvəsini sərf edəcəkdir.
“Regionda necə biz düşmən hesab ediriksə, bizi də o cür düşmən hesab edirlər.Biz öz davranışımızı dəyişməliyik”-deyərək Baş nazir qeyd edib.
Milli Təhlükəsizlik xidmətinin katibi qalmaqallı müsahibəsində qeyd edib ki, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığını, ancaq iki ölkə nümayəndələrinin açıq açıqlamalarının bölgədəki kommunikasiyaların mühasirədən çıxarılması üçün bir fürsət var.
Grigoryan, İctimai Televiziyanın efirində Yerevanın Türkiyəyə yanaşmalarında düzəlişlər edilməsi lazım olduğunu da bildirdi.
Düzəlişlər barədə Ankarada məgər düşünülürmü?.
Şərqşünaslıq institutunun elmi direktoru Ruben Safrastyan Türkiyədə Ermənistanla münasibətlərin normallaşması əlamətlərinin olmadığını inandırır.
Ankara ER-ı ilə münasibətləri normallaşdırmağa deyil, yeni güzəştlər tələb etməyə yönəlmiş təzyiq siyasətini davam etdirir.
“Türkiyənin Ermənistana qarşı düşmən münasibətini dəyişdirəcək əlamətlər yoxdur. Bu ölkə Ermənistana düşmən kimi baxmağı davam edir.
Bunu təkcə Türkiyə olaraq deyil, həm də Azərbaycan tandemi çərçivəsində edir. Türkiyə Ermənistandan 3 güzəşt gözləyir ․
Soyqırımı tanımasından imtina etmək, məhkum etmək və zərərin ödənilməsi siyasətindən çəkilmək, Artsaxın təhlükəsizlik zəmanəti olmaqdan imtina etmək və 1921 Qars sülh müqaviləsinin tanınmasıdır.
Elə bir ilkin işarə yoxdur ki, onu Türkiyə cüziləşdirməyə hazır olsun.Əksinə təzyiqləri dəqiq hesablamalarla gücləndirir ki,ER zəifləyib və daha artıq güzəştlər qoparmaq fürsətidir.
Bakının mövqeyi həmçinin bəllidir ․ Əliyev Ermənistanı arxadan Türkiyənin gizlədilməyən dəstəyini hiss edərək yeni bir müharibə, yeni ərazi istəkləri ilə təhdid etməyə davam edir.
Ermənistan İnsan hüquqları müdafiəçisi Arman Tatoyan Bakı və Ankara siyasətinin əsas məqsədini konkret nümunələrlə təqdim edib.
.
“Azərbaycan Prezidenti bu il martın 5-də “Yeni Azərbaycan” partiyasının 7-ci qurultayının mesajında fəxr edirdi:
“Gənc nəsil düşmənə qarşı nifrət hissi ilə böyüyüb”.
2020-ci ildə Türkiyə Prezidenti 1920-ci il dekabrın 10-da Bakıda keçirilən hərbi hadisə zamanı Artsax müharibəsini Osmanlı İmperiyasındakı Erməni Soyqırımı və 1918-ci ilin sentyabrında Bakıda ermənilərin qırğınıyla müqayisə etdi.
“Həmin gün 10 dekabrın 10-da, onun qənaətincə,Qafqaz islam ordusunun üzvləri Əhməd Ceva bəyin, Nuri Paşanın, Ənvər Paşanın ruhlarının tərif günü idi:
Tatoyana görə, erməni əhalisinin bu normal həyatı və sülhü hesabına birtərəfli hər hansısa proses inkişaf edə bilməz.
Ermənistan və erməni xalqına qarşı dövlətin dəstəyiylə nifrətçilik və düşmənçilik Azərbaycanda, yaxud Türkiyədə nəinki cüziləşməyib, əksinə yeni vüsət alıb.
Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən bəri mövcud deyil. Ankaranın təşəbbüsü ilə iki ölkə arasındakı sərhəd rəsmi olaraq bağlanıb.
Çətin münasibətlərə bir sıra məqamlarla şərtləşib.
Qarabağ münaqişəsində Ankara Azərbaycanı açıq şəkildə dəstəkləyir və 1915-ci il Osmanlı İmperiyasında Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması prosesinə sərt reaksiya göstərir.