Müharibədən sonra Karmir Şukadan evakuasiya olunmuş kənd sakinlərinin 70%-i geri qayıtdı

Müharibədən bu yana 790 sakin Artsaxın Martuni rayonundakı Karmir Şuka yaşayış məntəqəsinə qayıtdı. Bunu “Armenpress”-ə icmanın rəhbəri Narek Atayan məlumat verərək əlavə etdi ki, əhalinin təxminən 70%-i geri qayıtdı, qalanları isə evlərin tikintisinin bitməsini gözləyir.
“Bununla yanaşı, 6 məcburi köçkün ailəsi, həmçinin Artsaxın nəzarəti altında olan yaşayış məntəqələrindən 7 ailə Karmir Şukaya gəlmək arzusunda olduqlarını dilə gətirdi”,-Atayan qeyd edti.
Onun sözlərinə görə, hazırda Karmir Şukada tikilən iki çox mərtəbli binadan birinin tikintisi başa çatmaq üzrədir.
Binalardakı 33 mənzil 7 çox uşaqlı ailə üçün nəzərdə tutulur. Digər 20 mənzil isə, Tağavard kəndindən köçmüş ailələr üçündür.
Müharibədən sonra Karmir Şukadakı məktəbdə təhsil prosesi bu ilin yanvarında bərpa edildi.
Hazırda məktəbdə 168 şagird təhsil alır. Kənddəki uşaq bağçasının təmiri müvəqqəti dayandırılıb. Atayanın sözlərinə görə. 75 uşaq əvəzinə indi 23 uşaq bağçaya gedir
Onun sözlərinə görə, Karmir Şukada əhalinin məşğulluğunu təmin etmək üçün şərait yaradılıb.