BaşlıcaSiyasət

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan, “Qırmızı bazar”ı təhvil verməklə bağlı məlumatları şaiyə hesab edib

Artsax Respublikasının  Prezidenti Arayik Harutunyan “Qırmızı bazar” adlanan  yaşayış yerinin  təhvil verilməsi  şayiələri   sərtliklə tənqid edib.

Verilən məlumata görə Martuni rayonunun  icra hakimiyyəti və  sakinlərlə  görüşərkən Arayi Harutunyan bu xəbərləri  saxta hesab edib.

“Qırmızı bazarla bağlı yalan, təxribat xarakterli materialları təbliğ etmək və yaymaqla daxili düşmənlər başqa bir psixoloji təzyiq və təhqir etdiklərini anlamadan ölkədəki barışı pozurlar.

Ermənistanda bu saxta mövzunu yalançı bir vətənpərvər gündəmlə yayan hər hansı bir siyasətçi bizi özümüzü təsdiqləməkdə günahlandırmağa çalışır, sanki bir bir növ razılaşma bağlayacağıq.

Əvvəla,demək istəyirə ki, bu yalançı vətənpərvərlərdən harada olduqlarını soruşmaq istəyirəm, müharibə zamanı “Qırmızı bazar” 15 gündən təhlükə qarşısında qalarkən,  düşmən hər an kəndi işğal etməyə çalışarkən harada idin?.

O günlərdə “Qırmızı bazar”da neçə dəfə olduğumu, gün ərzində neçə dəfə onun müdafiəsinin  cavabdehləriylə Artsax qəhramanı  Ararat Melkumyanla əlaqə saxladığımı sadəcə demək istəmirəm.

Qırmızı bazarda 150 ev tikməyə başlamışıq və bu adamlar bizi bu kəndi  təhvil verməkdə günahlandırırlar.

Bu mövzu bağlıdır. açılmayıb da”-deyərək Artsax Prezidenti ümumiyyətlə hər hansı bir mərhələdə, hər hansı bir  kölgə razılaşmasının olmayacağını vurğuladı.

“Bizim aydın bir gündəliyimiz var. Yəni geri çəkilməyəcəyimiz yol boyunca müstəqillik mübarizəsini  yəni,DQMV ərazisinin qaytarılması üçün siyasi mübarizəmizi davam etdirəcəyik.

Ölkəmizin güclənməsi və inkişafı üçün mübarizəmizi davam etdirəcəyik”- deyərək  Artsax Respublikasının Prezidenti, ölkənin güclənməsi və inkişafının yeni gündəm, proqramlar və yol xəritəsi ilə addım-addım davam edəcəyini  bəyan edib.

Daha çox göstər
Back to top button