
Artsax Respublikasının Xarici İşlər Nazirliyi Aprel müharibəsi ilə bağlı bəyanat yaydı. Bəyanatda xüsus\n qeyd olunur:
“Azərbaycan, 2016-cı ilin aprel ayında 1994-cü ildəki atəşkəs razışlamanı pozaraq, Artsax Respublikasına qarşı geniş miqyaslı hücum başlayıb. Bu hücum ərzində Müdafiə ordusunun mövqeləri, mülki infrastrukturları və sərhədyanı yaşayış məntəqələri hədəfə alınıb .
Aprel müharibəsi zamanı Azərbaycan çoxsaylı hərbi və insanlığa qarşı cinayətləri törədib. Erməni hərbi əsirlərə və mülki şəxslərə qarşı çoxsaylı vəhşicəsinə öldürmə, işgəncə və qeyri-insani rəftar halları qeydə alınıb.
Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın hərbi cinayətlərinin qınamaması bu ölkənin müharibə ruhlu davranışların artırılmasına səbəb olub. Bunun kulminasiyası 2020-cu ilin sentyabrın 27-də Türkiyənin və muzdluların birbaşa iştirakı ilə Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibəsi idi.
Beynəlxalq ictimaiyyət Azərbaycanın indiyə kimi davam etdirdiyi təcavüzkar siyasətə, beynəlxalq hüquqa son dərəcə hörmətsizliyinə, Azərbaycan-Qarabağ münaqişəsinin həllinə dair danışıqlardan imtinasına qəti cavab verməlidir.
Aprel müharibəsi zamanı erməni xalqının göstərdiyi birlik və qəhrəmanlarımızın igitliyi əbədi olaraq tariximizin və nəsillərimizin yaddaşında qalacaq”.