Başlıcaİctimaiyyət
Küveytli iş adamı iki il ərzində Armavirdə 350 000 badam ağacı əkəcək

Ermənistan Respublikasının İqtisadiyyat naziri Vahan Kerobyan 31 mart tarixində Armavir bölgəsində yerləşən Al-Abdaliah Group MMC-nin meqa-kənd təsərrüfatı kompleksini ziyarət etdi. 2021-2022-ci illərdə kompleksin 1 100 hektar ərazisində 350 min badam ağacı əkiləcək.
Bu barədə ER İqtisadiyyat Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İnvestisiya həcmi 30 milyon dollar təşkil edir, investor isə Küveytdən olan iş adamı Khalifa Al-Fadaladır.
Vahan Kerobyan kompleksin ərazisini gəzərək həyata keçirilmiş işlərlə tanış oldu.
“Hazırlıq işləri sürətlə davam edir, ilk 55 min ağac bir ay sonra əkiləcək”,- İqtisadiyyat naziri bildirdi.
