Meğrinin Nrnadzor kəndində artsaxlı köçkünlər üçün yeni məhəllə tikilir

Syunikdə Meğridəki Nrnadzor kəndində yeni məhəllənin inşaat işlərinə başlandı. Birinci mərhələdə müharibə nəticəsində Artsaxdan didərgin düşmüş sakinlər üçün 30 ev tikmək planlaşdırılır. Bu barədə “Meğri İnkişaf Fondunun” Qəyyumlar Şurasının sədri Armen Sakapetoyan Armenpress ilə söhbətdə deyib.

Sakapetoyan bölgənin çox xarab vəziyyətdə olduğunu, 3 hektara yaxın ərazidə hamarlama işlərinin aparıldığını deyib. Bütün məhəllənin tikinti sahəsi hazırlanmışdır. İlk iki evin inşasına artıq başlanılıb.
Birinci mərhələdə 30 evin tikilməsi planlaşdırılır. Yalnız gənc və çoxuşaqlı olan ailələr seçiləcəkdir. Evlər 5-6 nəfərlik ailələr üçün tikilir.

“Artsaxdan didərgin düşmüş çoxuşaqlı ailələrə diqqət ayırırıq. Əvvəlcə ən azı 200 sakini köçürməyi planlaşdırırıq. Bu səbəbdən də infrastrukturları yaxşılaşdırmalıyıq”,-deyə o əlavə etdi ki, yollarda da problem vardır.

Meğri icmasının rəhbəri Mxitar Zakaryan “Armenpress” lə söhbətində infrastrukturların inkişafına üstünlük verilməli olduğunu, uşaq bağçası tikilməsinə ehtiyac olacağını vurğuladı.
“2016-cı ildən bu günə qədər Meğrinin 4 kəndində uşaq bağçası açdıq. Nrnadzor yaxın gələcəkdə diqqət mərkəzimizdədir, içməli su və suvarma suyu məsələləri həll edilmişdir”.

Armen Sakapetoyan, yalnız vətəndaşların köçürülməsi ilə deyil, həm də iş yerləri ilə təmin edilməsi problemlərini həll edəcəklərini qeyd etdi.