
Moskva, Dağlıq Qarabağ və ətrafındakı mədəniyyət və dini məkanların qorunması xeyrinə çıxış edib. Bu, bizim prinsipial mövqeyimizdir.
Bu haqda RF Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Biz regionda UNESCO missiyasının təcili təşkil olunmasının vacibliyini bir daha təsdiq edirik. Biz hər bir konkkret hadisəylə bağlı tərəflərlə fərdi qaydada əlaqə qururuq”- deyərək o, qeyd edib.
Xatırladaq ki, 2021-ci il martın 25-də BBC News Azərbaycan hərbçiləri tərəfindən Crakandakı (Cəbrayıl) erməni kilsəsinin dağıdılması barədə məlumat yaymışdı. Kilsənin hətta viranəliklərinin qalıqları da qalmayıb.
Bundan əvvəlsə Azərbaycanın işğal etdiyi Şuşidə “Kanaç jam” kilsəsinin məhv edildiyi bildirilmişdi.