Siyasi repressiyaların sayına görə Azərbaycan AŞ ölkələri arasında liderdir

Siyasi repressiyaların sayına görə Azərbaycan AŞ ölkələri arasında liderdir.
“Turan”ın verdiyi məlumata görə, bu barədə Avropa Şurası nazirlər komitəsinin illik hesabatında deyilir.
Nazirlər Komitəsi 2020-ci ilin sonuna qədər 12 iş nəzərədn keçirilib,o cümlədən 6-sı Azərbaycana, hər biri 2-si Rusiy2-si, Ukraynaya 2-si, Gürcüstana 1-i və Türkiyəyə-1-i qarşı olmaqla işə baxmışdı.
Eyni zamanda, 2020-ci ildə Azərbaycanda İlqar Məmmədov və Rəsul Cəfərovun işləriylə, hökumət AİHM-in qərarlarına əməl etdi və digər hallardasa müraciət edənlərin hüquqları bərpa edilmədi.
Xüsusilə bu, AİHM-nin Məmmədli Qrupu (insan hüquqları fəalları Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Nida hərəkatının fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Gilas İbrahimov və “Respublika alternativ” partiyasının siyasi büro üzvü Natiq Cəfərli) ilə bağlı qərarlarıa əməl edilməməsidir.
2020-ci ilin sonunadək Azərbaycanda 235 qərarın icrası gözlənilirdi ki, bu da 2019-cu illə müqayisədə 24 faiz çoxdur (189).
Eyni zamanda, 2020-ci ildə Azərbaycanda 6 iş bağlandı ki, bu da 2019-cu illə müqayisədə kifayət qədər azdır (16).
2020-ci ildə Avropa Məhkəməsinin Azərbaycana tətbiq etdiyi “ədalətli təzminat” 803 726 avro, 2019-cu ildə isə 707,010 avro təşkil edib.